Bakıda 21 şagirdin nədən zəhərləndiyi açıqlandı

Bakıda 21 şagirdin nədən zəhərləndiyi açıqlandı backend

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, 2023-cü il oktyabrın 24-də AQTA-nın “1003-Çağrı Mərkəzi”nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb.

“Toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Şah dönər” ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub.

Faktla bağlı agentliyin müfəttişləri tərəfindən “Şah dönər” ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”, - deyə açıqlamada qeyd olunur.

Diaspora