Məcburi köçkün məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Məcburi köçkün məktəblərində maarifləndirmə tədbirləri keçirilib backend

“Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məcburi köçkün məktəblərində reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsini icra edir.

Qaziler.az bildirir ki, layihə çərçivəsində tədbirlər Azərbaycan Respublikasın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayon 36 nömrəli, Füzuli rayon 3 nömrəli, Laçın rayon 34 nömrəli, Cəbrayıl rayon 3 nömrəli və Kəlbəcər rayon 84 nömrəli məcburi köçkün məktəblərində təşkil olunub.

Cari ilin iyul-oktyabr aylarında icra olunan layihənin məqsədi məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdləri arasında reproduktiv mədəniyyət səviyyəsinin artırılmasına nail olmaq idi. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində məcburi köçkün məktəblərinin reproduktiv sağlamlığına təsir edən amillər nəzərdən keçirilib. Məktəblilərə reproduktiv sağlamlığın qorunması sahəsində mövcud vəziyyət, erkən nikah və reproduktiv sağlamlığa təhlükə yaradan digər amillər haqqında danışılıb. Tədbir iştirakçılarına reproduktiv sağlamlığın qorunmasına ilə əlaqədar zəruri tövsiyələr verilib.

Silsilə maarifləndirmə tədbirlər çərçivəsində şagirdlərə “Reproduktiv sağlamlıq barədə nə bilməliyik?” mövzusunda hazırlanmış buklet paylanıb.

Tədbirlər nəticəsində, qeyd olunan tədbirlərdə iştirak edən məcburi köçkün məktəblilərinin reproduktiv sağlamlığın qorunması sahəsində bilikləri artırılıb, onlara məcburi köçkün məktəb və icmalarında sağlam reproduktiv davranış modelləri təlqin olunub.

 

Diaspora