Bakının bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb

Bakının bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb backend

Mikayıl Müşfiq küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.


Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülər alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Diaspora