Oktyabrın 7-i saat 12:00-da Bakı Uşaq Teatrı Q. Abbasov adına mədəniyyət sarayında böyüklər üçün “Günahsız Günahkarlar” tamaşası ilə çıxış edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.