Fransa səfiri Azərbaycandan gedir

Fransa səfiri Azərbaycandan gedir backend

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

QAZİLER.AZ -ın AzərTAc-a istinadən məlumatına görə, ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirildiyini vurğulayıb.

Paskal Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən dövlət başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını deyib. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin geniş sahələri əhatə etməsindən və əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə edib, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Diaspora