Oktyabrın 22-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.