Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında Ağsu rayonu üçün nəzərdə tutulan layihələrin icrası, həyata keçirilən tədbirlər bölgədə həm də yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, təkcə cari ilin ötən doqquz ayında bölgədə 304 yeni iş yeri açılıb. Açılan iş yerlərinin 286-sı daimi, 18-i isə mövsümidir. Yeni iş yerləri ən çox “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodunda, mərkəzi rayon xəstəxanasında, fermer təsərrüfatlarında açılıb.