Hazırda Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Qaziler.az-ın məlumatına görə, Prezident İlham Əliyev Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.