Oktyabrın 16-da qısqanclıq zəminində müğənni Yaqut Həşimova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.
Mərhumun duet ortağı, müğənni Əli Mirəliyev televiziyada yayımlanan verilişlərin birində mərhum müğənni haqqında “Sağ olarkən içkili halda mənə zəng vurmuşdu. O, artıq yolunu azmışdı” ifadəsini işlədib.
BizimMedia xəbər verir ki, Əli Mirəliyev ötən gün həmin verilişə gələrək işlətdiyi sözlərə görə mərhumun ailəsindən üzr istəyib.
Mərhumun bacısı Şəlalə efirə bağlanaraq, Əli Mirəliyevin işlətdiyi ifadəyə görə onu məhkəməyə verəcəyini bildirib.