Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibəti ilə paylaşım edib.
Qaziler.az xəbər verir ki, paylaşımda qeyd olunur:
“Müstəqilliyimizin bərpasının 32-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, azad, müstəqil, güclü, müzəffər Vətənimiz Azərbaycanımıza bundan sonra da hər zaman yeni-yeni zəfərlər arzu edirik”, - deyə paylaşımda qeyd olunub.