Bakıda havanın hərarəti 16 dərəcəyədək enəcək Sabah Bakı və Abşeron yarımadasında buludluhava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 16-19, gündüz 22-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.