General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan REAKSİYA - YENİLƏNİB

General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan  REAKSİYA - YENİLƏNİB backend

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib. 

FHN-nin mətbuat xidmətindən  verilən məlumata görə, yayılmış xəbər doğru deyil. 

“General-leytenant İlham Abdullayev işinin başındadır”, - deyə məlumatda qeyd edilib. 

11:19

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı vəzifəsindən azad edilib. 

Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələ ki təyinat yoxdur.

 

Diaspora