Lənkəranda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkaran rayonunda maqnitudası 3.6, dərinliyi 12 km olan zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun ilkin məlumatına əsasən, yeraltı təkanlar 3 bala qədər hiss olunub.