“Vətən naminə” filmi Bərdədə nümayiş olunub - FOTO

“Vətən naminə” filmi Bərdədə nümayiş olunub - FOTO backend

Doğma Yurda Qayıdış İctimai Birliyi 12.10.2023-cü ildə Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində “Zəfərin qazanılmasında xalq, dövlət, ordu birliyinin əhəmiyyəti haqqında tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirib. 

Qaziler.az xəbər verir ki, tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Səməd Həmov açıb. Səməd Hətəmov layihənin icrasına yaratdığı şəraitə görə Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin rəhbərliyinə minnətdarlığını bildirdi. Layihə rəhbəri II Vətən Müharibəsində Azərbaycan ordusunun qələbəsini şərtləndirən amillərdən danışdı. Sonra sözü kollecin direktoru Xosrov Mirzəyevə verdi. X.Mirzəyev çıxışında Azərbaycan xalqının II Vətən müharibəsi zamanı arxa cəbhə ilə ön cəbhənin vəhdətinin düşmən üzərində qəti qələbənin qazanılmasında mühüm rol oynadığını tədbir işçirakçılarının diqqətinə çatdırdı. “Bu mövzulu tədbirlərin keçirilməsi gənclərin formalşması üçün olduqca vacibdir. Biz xoşbəxt xalqıq ki, Azərbaycan tarixinin müqayisə olunmayacaq şərəfli tarixini yaşayırıq” – deyən direktor əlavə olaraq qeyd etdi ki, bu şərəfli tarix üçün Ali Baş Komandana minnətar olmalıyıq. Daha sonra söz layihə rəhbərinin köməkçisi Qasım Həsənova verildi. Q.Həsənov Azərbaycan xalqının dövlətçilik tarixi, ordu-xalq birliynin tarixi üstünlüyü, bu birliyin uğurlu nəticələri haqqında danışdı. “Bu gün biz Ulu Öndərin bir zamanlar Qarabağın azadlığı uğrunda verdiyi anonsun reallaşmasının şahidi oluruq” – deyən Q.Həsənov onu da bildirdi ki, Azərbaycan gəncliyi gələcəyin təminatçısı olaraq daha fəal olmalıdır.

Sonda layihə çərçivəsində hazırlanmış “Vətən naminə” adlı sənədli film nümayiş olunub.

Doğma Yurda Qayıdış İctimai Birliyinin Mətbuat Xidməti

Diaspora