Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib - FOTO

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib - FOTO backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Qaziler.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə baş tutan toplantıda komissiyanın üzvləri olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Diaspora