Naxçıvanın ədliyyə naziri işdən çıxarılıb - SƏRƏNCAM

Naxçıvanın ədliyyə naziri işdən çıxarılıb - SƏRƏNCAM backend

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Sərəncam imzalayıb.

Anar İbrahimovun digər sərəncamı ilə Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Səfərova həvalə edilib.

Diaspora