“İqtisad Universitetində təhsil almaq Anarın arzusu idi. Universiteti bitirdi, amma təəssüf ki, diplomunu məzarı üstə mənə təhvil verdilər”.
Bunu Baku TV-yə açıqlamasında Vətən müharibəsi şəhidi Anar Qarayevin atası Çingiz Qarayev deyib.
O qeyd edib ki, Anar öz diplomunu görməsə də, onun qəhrəmanlığını bütün dünya görüb:
“Anar gənc nəslə öz təhsili, davranışı, vətənpərvərliyi ilə örnək oldu”.