Oktyabrın 14-də Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan, həvəskar komandalar arasında 2-ci Ənənəvi Futbol Turnirinə start veriləcək.
Apa xəbər verir ki, bununla əlaqədar oktyabrın 9-da təşkil olunan tədbirdə yarış barədə məlumat verilib, qaydalar elan edilib və püşkatma mərasimi keçirilib.
Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.