Dünən axşam Bakı vegetarianları Dünya Vegetarian gününü qeyd ediblər. Aile.lent.az-ın məlumatına görə, bayram münasibətilə Ülfət Namazov, Ramazan Bağırov, Sevil Mirzəyeva və Cəmilə Əmirova şəxsi təcrübələrini bölüşmək üçün mərasim təşkil edib. Qonaqlıqda ilk olaraq süfrəyə vegetarianların menyusuna daxil olan ağ kokosa bənzər top şəklində təam təqdim edilib.
Daha sonra aparıcılar Cəmilə Əmirova, Məmməd Zeynalov və Leyla Məmmədova qonaqları salamlayaraq bayramın tarixindən danışıblar.
Ardından “Qrifon” musiqi qrupu və Aysel Hüseynovanın “Aysel studiyası” maraqlı çıxışlar edib. Həmçinin pianoçu Fuad Ədib, “İqor Krutoy” adına akademiyanın tələbəsi, “Uşaq Eurovision” yarışmasının iştirakçısı Suada Ələkbərova, gənc müğənni Nəzrin Şərifzadə və Rinat Əlimovun ifaları da rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tədbirə qatılanlar arasında “FMS models” model agentliyinin rəhbəri Lyubov Qutorova da olub.