“Qazaxlı Alik”in oğlu həbs edilib.
Modern.az xəbər verir ki, “Qazaxlı Alik”in oğlu Fuad Muradov həbs olunub.
O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Fuad Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.