100 müharibə əlilinə minik avtomobilləri təqdim edildi

100 müharibə əlilinə minik avtomobilləri təqdim edildi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari il ərzində növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edib. ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, tədbirdə Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, ümumilikdə indiyədək Azərbaycanda dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 31,2 faizinə, yəni 1733 nəfərinə məhz 2014-cü il və cari ilin ötən dövründə minik avtomobili təqdim edilib.



Son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verildiyi və ilin sonunadək bu prosesin uğurla davam etdiriləcəyi də diqqətə çatdırılıb.



Minik avtomobili ilə təmin olunanların 54 nəfərini Qarabağ müharibəsi və 9 nəfərini Böyük Vətən müharibəsi əlilləri, 15 nəfərini Çernobıl AES və 1 nəfərini 20 Yanvar əlilləri, digərlərini isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar təşkil edib.

Diaspora