Unudulmaz xatirələrin işığında… - FOTO - VİDEO

Unudulmaz xatirələrin işığında… - FOTO - VİDEO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film hazırlayıb.

Bu barədə Qaziler.az-a nazirlikdən bildirilib.

Film Ulu Öndərin həyat və fəaliyyətini xarakterizə edən yüksək mənəvi xüsusiyyətlərdən biri kimi onun həssas qruplara qayğıkeş münasibətini əks etdirir.

Şəhid ailələrinə, əlilliyi olan şəxslərə, tənha ahıllara, digər həssas qruplara daim diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyev həmin insanlarla bağlı tədbirlərdə iştirak edib.

 Təqdim edilən filmdə də Ulu Öndərin bu tədbirlərdə görüşdüyü və onun qayğışı ilə əhatə olunmuş vətəndaşların bir neçəsinin müsahibələri təqdim olunub.  

 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə açılış mərasimi olan yaşayış binasında mənzillə təmin edilmiş müharibə ilə əlaqədar əlilliyi olan Rasim Ələkbərov, şəhid ailəsi üzvü Südabə Fətəliyeva, Ulu Öndər 1995-ci ilin yanvar ayında Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində olarkən onunla görüşən, hər iki qolu protez olduğu halda uzun illər protez istehsalı sahəsində çalışmış Nazim Əliyev, 1998-ci ildə Əlilliyi olan şəxslərin I Ümumrespublika Bədii Yaradıcılıq Baxış Müsabiqəsində Ulu Öndərlə görüşmüş əlilliyi olan şəxslər Safura və Rəsmiyyə Dadaşova bacıları, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Həbib Qənbərov, II Dünya müharibəsi veteranı Ağababa İskəndərov, Ulu Öndərin 1996-cı ildə Atlant Yay Paralimpiya Oyunlarına yola salınan və 2000-ci ildə Sidneydəki Paralimpiya Oyunlarından qayıtmış paralimpiyaçılarla görüşündə iştirak etmiş Mehman Ramazanzadə unudulmaz xatirələrini bölüşüblər.

Diaspora