“Qarabağ qaziləri” birliyi yeni layihənin icrasını davam etdirir FOTOLAR

“Qarabağ qaziləri” birliyi yeni layihənin icrasını davam etdirir FOTOLAR backend

“Qarabağ qaziləri” birliyi yeni layihənin icrasını davam etdirir

 

Qarabağ qaziləri  ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsinin icrasını başlayıb.

Bu barədə “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verir. Onun sözlərinə görə, bu il  iyulun 1-dən başlayan, 3 ay davam edəcək layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaqdır.

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradılıb. Artıq müxtəlif istiqamətlər üzrə xeyli müraciətlər var. Əsasən sağlamlıq, əlillik təyinatı, iş, təhsillə bağlı problemlər çoxluq təşkil edir. Müraciət edənlər arasında hüquq-mühafizə orqanlarından, məhkəmədən narazılıq edənlər də var. Biz layihənin hüquqşünası Mobil Vəkilovun köməkliyi ilə bu problemlərin həllinə çalışırıq.”- deyə, A.Əliyev bildirib.

O, qeyd edib ki, layihə bitəndən sonra qaldırılmış bir çox problemlər və onların həlli üçün müvafiq dövlət qurumlarına müraciət olunacaq.

 

 

 

Diaspora