Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər görülür

Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər görülür backend

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.



Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11 min 479 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 7 min 598 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 662 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1704 sənəd (981 ərizə, 655 məktub, 68 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi ilə bağlı olub.
Diaspora