Bakı Dövlət Universitetində Yapon mədəniyyəti günü keçirilir

Bakı Dövlət Universitetində Yapon mədəniyyəti günü keçirilir backend

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Yapon mədəniyyəti günü keçirilir.


Universitetdən AZƏRTAC-a verilən məlumata görə, kafedra müdiri Oqtay Cəlilbəyli bildirib ki, 2013-cü il noyabrın 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında imzalanan sazişə əsasən, İto şəhərinin sənət adamları Azərbaycanda Yapon mədəniyyəti günü keçirirlər. O.Cəlilbəyli qeyd edib ki, fakültənin yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə, həmçinin bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı fənlər tədris olunur.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı Obata Bakı Dövlət Universiteti və Yaponiya səfirliyi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra İto şəhərindən gəlmiş nümayəndə heyəti milli geyimlərini, musiqilərini, gül ənənəsini, yazı xəttatlığını, çay dəstgahını təqdim ediblər.

Tədbirdə Yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr də öz məharətlərini nümayiş etdiriblər.
Diaspora