Qazax rayonunda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin azaldılması məqsədilə rayon Mədəniyyət Mərkəzində əmək yarmarkası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada 130 nəfər işaxtaran vətəndaş iştirak edib. Yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 30 idarə və müəssisədən 218 boş iş yeri çıxarılıb. Təqdim olunan boş iş yerlərində minimum əmək haqqı 125 manat, maksimum əmək haqqının məbləği isə 510 manat olub. İşaxtaran vətəndaşların 55 nəfərinə işə göndəriş verilib, 16 nəfəri isə mebel quraşdırıcısı üzrə peşə hazırlığı kursuna cəlb edilib.Qazaxda işaxtaran vətəndaşlardan 55 nəfərinə işə göndəriş verilib

