Ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə, yaşıllıqların qorunması və artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox önəmlidir.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
"Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb", - nazir qeyd edib.