Cari ilin yanvar-avqust aylarında 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə 12,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizidir.
Avqustda isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Cari ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 min ABŞ dolları ilə BƏƏ, 713,2 min ABŞ dolları ilə Almaniya və 539,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.