“Son vaxtlar Qənirə xanımın qulağında, başında çox güclü ağrıları başlamışdı” - Hacı Nuran

“Son vaxtlar Qənirə xanımın qulağında, başında çox güclü ağrıları başlamışdı” - Hacı Nuran backend

“Sonuncu dəfə Qənirə ilə birlikdə uşaq evinə getdik. 25 ildir birlikdə çalışırdıq. Son vaxtlar qulağında, başında çox güclü ağrıları başlamışdı”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Qənirə Paşayeva ilə vida mərasiminə qatılan Hacı Nuran deyib.

O bildirib ki, Qənirə Paşayeva hər zaman başqalarına nəsihət verirdi ki, sağlamlığınızı qoruyun:

“Qənirə insanları, xalqı sevirdi. Hər kəsi başına toplayırdı. Müharibə dövründə əsgərlər cəbhədə, o isə siyasi tribunada mübarizə aparırdı. Azərbaycanı dəstəkləyirdi. Onunla birlikdə bir neçə dəfə Şuşada olmuşduq.

Səhhətindən şikayət etmirdi. Yayda bir dəfə narahat olmuşdu. Amma sonra hər şey yaxşı idi. Son günlər gərgin iş rejimində çalışırdı. Güclü baş, qulaq ağrıları başlamışdı. Ağrıkəsici atırdı ki, sakitləşsin. Heç biz də bilmədik, nədən, necə oldu, ağırlaşdı, təcili yardımla Mərkəzi Xəstəxanaya aparıldı. Çox ümid edirdik ki, Vətən qadını ayağa qalxacaq, bizim dualarımız onunla idi. Amma möcüzə olmadı”.

Diaspora