Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir backend

Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

Report xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və yaxınları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Diaspora