Qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır.
Xezerxeber.az-ın məlumatına görə, bu hal son zamanlar ölkənin əmtəə bazarına külli miqdarda saxta və aşağı keyfiyyətli qızılların daxil olması ilə əlaqələndirilir.
Bəs saxta qızıl məmulatları bazara necə daxil olur və bunun qarşısını necə almaq olar?
Pərakəndə satış sahəsində belə neqativ halların olduğunu deyən Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov bildirib ki, ölkə ərazisində qiymətli metallar və qiymətli daşlara nəzarət qurumu olaraq Əyar Palatasının yaradılması istiqamətində əməli işlər görülür.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 24 may tarixli 114 saylı qərarına görə, qızıl, qızıl məmulatları və qiymətli daşlar Azərbaycan ərazisindəki pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib. Bunu nəzərə alaraq istehlakçıların qızıl alarkən diqqətli olmaları tövsiyə edilir.
Sədr müavini onu da qeyd edib ki, istehlakçı sorğusuna yüksək həssaslıqla yanaşaraq Assosiasiyanın xətti ilə müxtəlif ölçü məmulatların laborator şəraitdə yoxlanılması təmin edilib.
Ətraflı süjetdə: