"Bambi Baku" mağazası niyə bağlanır? - NARAZILIQ

"Bambi Baku" mağazası niyə bağlanır? - NARAZILIQ backend

Bununla bağlı mağaza rəhbərliyi məlumat verib.

Qaziler.az bildirir ki, məlumatda deyilir:

"Mağazanın bağlanmasının səbəbini açıqlamağa çalışacağıq ki, hörmətli müştərilərimiz bilsin.

Biz 25.06.2018- ci il tarixdən “Bambi Yatak”ı Azərbaycanda təmsil edirik. Markanın tanıdılması üçün zəhmətimizlə bərabər maddi çıxarlarımız da az olmayıb. Hətta, məlum “Covid-19” pandemiyası dönəmində markanın və satış mərkəzimizin mənafeləri naminə fəaliyyətimizə bir gün də ara verməmişik. Eləcə də, qiymətlərimizi markamızın imicinə xələl gətirmədən insanlarımızın büdcəsinə uyğunlaşdırmışıq.
Lakin bir müddət əvvəl  “Bambi Yatak” bizimlə heç bir məsləhətləşmə aparmadan Bakıda ikinci mağazanı açmışdır. Hərçənd ki, aramızda olan müqaviləyə əsasən 2025-ci ilin sonuna qədər (2025-ci ildən sonra müqavilə yenilənməli idi) rəsmi təmsilçiliyimiz var. Bu mağaza açıldıqdan sonra şirkət tərəfindən heç bir güzəşt almasaq da mümkün olan dairədə güzəştli satışımıza davam etmişik. Bir müddət əvvəl şirkətdə rəsmi təmsilçi kimi qeyd olunmuş  Ramin Muradov dövlət sektorunda işə keçdiyi üçün sənədləşmədə onun yerinə Qarabağ qazisi Kamil Mirzəyevin keçməsi üçün müraciət etmişdik. 

Lakin nəinki müraciətimiz nəzərə alınmayıb, hətta bu günlərdə  “Bambi Yatak”ın ixracat müdiri Barış Kara mağaza müdirimiz Hafiz Səfərova zəng edərək “qiymətləri aşağı salırsınız” bəhanəsiylə müqaviləni dayandırdıqlarını bildirib. Halbuki müqavilədə fabrikin rəsmi təmsilçinin qiymət siyasətinə heç bir müdaxilə etməyəcəyi qeyd olunur. Başlanğıcda “biz bir ailəyik” devizi ilə işə başlayan “Bambi Yatak” şirkətindən tərəfsiz addım atmağı gözləsək də bu belə olmadı.

Daha çox pul qazanmaq və etibarlı tərəfdaşı qohum-tanışların ayağına vermək ən yaxşı halda ədalətsizlikdir. Eləcə də, bu işin bir Qarabağ qazisinin vasitəsi ilə bir neçə qazi qardaşımızın ailəsinin ehtiyaclarına xidmət etməsi də ayrıca diqqətə alınmalı idi. "Bambi Yatak” şirkətinin Qarabağ qazisinə qarşı atdığı addıma xidmət etdiyimiz müştərilərimiz qiymət verər, inşəAllah.

Əziz müştərilər, sevimli Azərbaycan vətəndaşları sizə xidmət etmək çox xoş idi.

Hörmətlə: “Bambi Baku”"

QAZİLER.AZ

Diaspora