Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində açıq dərs

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində açıq dərs backend

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Bəxtiyar Vahabzadə yaradıcılığında vətənpərvərlik” mövzusunda açıq dərs keçirilib.



“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açıq dərsi muzeyin direktoru Aləmzər İbrahimova açaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıclığından danışıb.

Muzeyin baş elmi işçisi Günel Novruzova tələbələrə məlumat verərək bildirib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi saflığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun güclənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib. O, “Aylı gecələr”, “İftixar”, “Toxucu qız”, “Sadə adamlar”, “İztirabın sonu” poemalarını yazıb. Şairin “Bahar”, “Dostluq nəğməsi”, “Əbədi heykəl”, “Çinar”, “Sadə adamlar” adlı kitabları nəşr olunub.

Vurğulanıb ki, Bəxtiyar Vahabzadə poeziyası bütövlükdə tarixi keçmişimizi və XX əsr Azərbaycanını əks etdirən saf, təmiz bir güzgüdür.

Sonra tələbələr şairin şerilərini bədii qiraət edib, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təşkil olunmuş “Bəxtiyar Vahabzadə-90” adlı sərgiyə baxıblar.
Diaspora