Şəhid olduğu bildirilən XTQ zabiti sağ tapıldı - FOTO

Şəhid olduğu bildirilən XTQ zabiti sağ tapıldı - FOTO backend

Salyanda şəhid olduğu barədə xəbəri gələn hərbçinin sağ olduğu məlum olub. 

Qaziler.az Azpost.info-ya istinadən bildirir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 günlük axtarışlardan sonra tapılıb. Zabitimiz ayağından yaralı halda bataqlıq ərazidən aşkarlanıb:

"Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib. Geri qayıdan zaman onu qoyduqları yerdə tapa bilməmişdilər.

Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atası, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır", - paylaşımda qeyd edilib. 

Foto Rəsul Ağayevin tapıldığı yerdə çəkilib.

Diaspora