Bu il 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Bu il 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb backend

Bu ilin yanvar-avqust aylarında 111,9  min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.

Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.

Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5  min təyinat e-sistem üzərindən proaktiv qaydada  aparılıb.

Diaspora