Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Bullinqə qarşı mübarizədə məktəb – valideyn əməkdaşlığını stimullaşdıran maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində 17 sentyabr 2023-cü ildə yekun dəyirmi masası təşkil olundu.
Dəyirmi Masada müəllimlər, şagirdlər, valideynlər, layihənin işçi qrupu, Layihənin eksperti, KİV nümayəndəsi, təlimçi və digər nümayəndələr iştirak edirdi.
Azad Müəllimlər İctimai Birliyinin sədri Pərvanə Talıbova iştirakçıları salamlayaraq, layihənin həyata keçirilmə mərhələləri haqqında məlumat verdi. Həyata keçirilmiş təlimlərin yüksək səviyyədə təşkil olunmasından və faydalarından söhbət açdı. Layihənin gələcək gözləntiləri haqqında geniş məlumat verdi. Valideynlərə, müəllimlərə və şagirdlərə öz dərin minnətdarlığını bildirən layihə rəhbəri,onlarla yenidən görüşmək arzusunda olduğunu bildirdi. Layihənin eksperti Taleh Əliyev layihə iştirakçılarına ünvanlanmış suallara, iştirakçıların verdiyi düzgün cavabları eşitdikdə fəxarət hissi duyduğunu qeyd etdi və hər birinə uğurlar arzuladı. Təlimçi Nüşabə Mehtiyeva hər bir təlim haqqında ayrıca slayd nümayiş etdirərək, onların necə dolğun şəkildə həyata keçirildiyini diqqətə çatdırdı. Dəyirmi masanın sonunda iştirakçılara sertifikatlar təqdim edildi.
turk.az