FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 5 pillə irəliləyərək 328 xalla 105-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 1419 xalla Argentina millisi liderlik edir. Almaniya yığması 1401 xalla ikinci, Belçika kollektivi (1387) isə üçüncü pillədə yer alıb.