İtaliya mətbuatı: Azərbaycan-İtaliya Universitetlərarası Forumu böyük mədəni uğurdur

İtaliya mətbuatı: Azərbaycan-İtaliya Universitetlərarası Forumu böyük mədəni uğurdur backend

İtaliyanın bir sıra xəbər saytlarında Milanda keçirilmiş Azərbaycan-İtaliya Universitetlərarası Forumu ilə bağlı məqalələr yayılıb.



ANSA agentliyinin saytında yerləşdirilmiş yazıda tədbir haqqında məlumat verilir, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində yaxşı əlaqələrin olduğu diqqətə çatdırılır. Vurğulanır ki, bu gün 300-dən çox azərbaycanlı tələbə İtaliyanın aparıcı universitetlərində təhsil alır.

“Opinione pubblica” xəbər saytının yaydığı “Azərbaycan-İtaliya Universitetlərarası Forumu: böyük mədəni uğur” sərlövhəli yazıda isə tədbirin hər iki ölkənin akademik dairələrinin önəmli nümayəndələrini bir araya gətirdiyi vurğulanır. Diqqətə çatdırılır ki, bütün sahələrdə yüksək səviyyədə olan münasibətlərimiz ali təhsil sektorunda da güclənməkdədir.

Müəllif Forumu Azərbaycanın “Milan Expo 2015” Ümumdünya Sərgisində iştirakı çərçivəsində mühüm uğur kimi qiymətləndirir və qeyd edir ki, hər iki ölkə üçün bu tədbir böyük mədəni hadisədir.
Diaspora