Ukrayna və Çexiyanın balet ulduzları Bakıda çıxış edəcəklər

Ukrayna və Çexiyanın balet ulduzları Bakıda çıxış edəcəklər backend

Oktyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” tamaşası oynanılacaq. Tamaşada Ukrayna Milli Opera və Balet teatrının prima-balerinası, Ukraynanın Əməkdar Artisti, dörd beynəlxalq müsabiqənin qızıl medallarının və birinci mükafatlarının sahibi Olqa Qolitsa və beynəlxalq müsabiqələr laureatı Van Yan (Çexiya) çıxış edəcəklər.



Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Olqa Qolitsa zəmanəmizin görkəmli balerinalarından biridir. Onun Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiya və İspaniyaya qastrol səfərləri böyük uğur qazanıb. Xarici mətbuat və teatr tənqidçiləri onun özünəməxsus ifa tərzini, gözəlliyini və yüksək sənətkarlığını heyranlıqla qeyd edirlər.

Tamaşaya Azərbaycanın Xalq Artisti, professor Cavanşır Cəfərov dirijorluq edəcək.
Diaspora