Yol qəzasında həlak olan polis serjantı Naxçıvanda dəfn edilib

Yol qəzasında həlak olan polis serjantı Naxçıvanda dəfn edilib backend

Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov dəfn edilib.

"Report"un yerli bürosu xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, mərhumun qəbri üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.

Diaspora