Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.