Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın rəhbəri Sumı şəhərinin meri ilə görüşüb

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın rəhbəri Sumı şəhərinin meri ilə görüşüb backend

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın rəhbəri Emar Məmmədov Sumı şəhərinin meri Aleksandr Lısenko ilə görüşüb.



Təşkilatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə bir çox sahələrdə əlaqələrin sosial-iqtisadi inkişafı məsələlərinə toxunulub.

E.Məmmədov həmvətənlərimizin Sumı şəhərinin ən yaxşı universitetlərində təhsil almalarında, işlə təmin olunmalarında maraqlı olduğunu qeyd edib: “Alyansın şəhər rəhbərliyi ilə əməkdaşlığının inkişaf perspektivləri çox genişdir. Əlbəttə ki, əsas istiqamətlər təhsil, mədəniyyət sahələrində əməkdaşlığın və turizmin inkişafıdır”.

A.Lısenko isə şəhərin inkişaf dinamikasından və 2015-ci il ərzində işlərin ilkin nəticələri barəsində danışıb. Görüşün sonunda E.Məmmədov Sumının əsasının qoyulmasının 360 illiyi münasibətilə meri təbrik edib və şəhərə əmin-amanlıq və çiçəklənmə arzulayıb.
Diaspora