"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
"Report" xəbər verir ki, bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.
Qeyd edək ki, bu, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 5-ci ərazisidir.