Ermənilərə qarşı vuruşan mücahid - İsmayıl bəy Vəkilov kimdir?

Ermənilərə qarşı vuruşan mücahid -  İsmayıl bəy Vəkilov kimdir? backend

1918-1920-ci illərdə Şərur-Dərləyəz qəzasında Andranikin qoşunlarına qarşı təşkil  olunmuş Çivə taborunun əsas fəallarından biri olan İsmayıl bəy Vəkilov 1900-cü ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub.

Xalq qəhrəmanı Balo bəy Vəkilovun qardaşı olan Vəkilov ilk təhsilini Çivə kəndində Şah Abbas Mədrəsəsində alıb. Kiçik yaşlarından 1905/1907-ci illər qırğının şahidi olub. 1918-ci ildə Andarnikin qoşunları Naxçıvan-İrəvan ərazilərində qırğınlar törədərkən Xalq Qəhrəmanı Balo bəy Vəkilovun başçılığı ilə yaradılan Çivə taborunun əsas fəallarından olub. Ermənilərlə döyüşdə Balo bəy Vəkilovun ən yaxın silahdaşlarından biri kimi iştirak edib. 1918/1920-ci illərdə müvəqqəti olaraq Balo bəy Vəkilovun dəstəsi ilə birlikdə İrana keçmək məcburiyyətində qalıb. Tarixçi alim Əli Əliyev bu hadisələrin canlı şahidi olmuş özünün “Biz əzablı bir ömür yaşadıq” və “Əlincə yaddaşı”  kitablarında  Çivə müdafiəçilərinin İrana keçməklərini təsvir edib. İranda ağır məhrumiyyətlər yaşayıblar.  Çivə müdafiəçiləri geri qayıtdıqdan sonra Balo bəy Vəkilovun qızı mərhum Küşvər xanım Vəkilovanın atasına istinadən söylədiklərinə görə Balo bəy Vəkilov Azərbaycan Milli Hökumətinin başçısı Məmmədəmin Rəsulzadə ilə görüşüb, Rəsulzadə yenidən geriyə öz kəndlərinə qayıtmağı məsləhət görüb. Bundan sonra Çivə əhalisi yenidən öz yurd-yuvalarına qayıdıb.

Sovet Hakimiyyəti qurulduqdan sonra Balo bəy və qardaşı İsmayıl bəy Vəkilov kəndi tərk etmək məcburiyyətində qalıblar. Sonra Naxçıvan ətrafından bir müddət Cəhri kəndində yaşayıblar. İsmayıl bəy Vəkilov bir müddət Cəhri kəndində müəllimlliklə məşğul olub. Sonra hər iki qardaş Naxçıvan şəhərində məskunlaşıblar. İsmayıl bəy Vəkilov Əliabad kəndində uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olub. Qardaşı Balo bəy ermənilər tərəfindən şərlənərək tutulub, ailəsi - azyaşlı uşaqları Tofiq bəy və Küşvər xanım bir müddət əmiləri İsmayıl bəyin himayəsində qalıb.

İsmayıl bəyin müəllimlik fəaliyyəti  Qırmızı Əmək bayrağı ordeni ilə mukafatlandırılıb. İsmayıl bəy Vəkilov 1980-ci ildə Naxçıvan şəhərində dünyasını dəyişib və şəhər qəbristanlığında dəfn edilib.

Qht.az / Səməd Vəkilov

Diaspora