Yanvar-avqustda bir sıra mühüm obyektlər istifadəyə verilib

Yanvar-avqustda bir sıra mühüm obyektlər istifadəyə verilib backend

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Şimal” Kiçik Su Elektrik Stansiyası, “Diamed” dərman istehsalı zavodu istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən dövr ərzində Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binası, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC, Cəlilabad rayonunda Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Füzuli rayonunda Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Füzuli-Hadrut avtomobil yolu, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, Xocavənd rayonunda Rəqəmsal İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq yarımstansiyası, Şükürbəyli-Cəbrayıl -Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları, “Çıraq-1”və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyaları, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası, Laçın rayonunda “Qorçu” yarımstansiyası,

“Laçın” şəhər yarımstansiyası, “Həkəri Balıq Təsərrüfatı”, Laçın rayonunun sənaye zonasında mebel fabriki, “Mişni” və “Alxaslı”

Kiçik Su Elektrik stansiyaları, Qazaxda “Venzana” mebel fabriki, Neftçala rayonunda Neftçala Olimpiya İdman Kompleksi, Salyan

rayonunda “Asan xidmət” Mərkəzi, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi, Tərtər rayonunda Talış Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası, Şuşa rayonunda Zarıslıçay nasos stansiyası, Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi, Şuşa Otel Konqres Mərkəzi Kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

 

 

 

 

 

Diaspora