Yanğın təhlükəsizliyi ilə bağlı silsilə tədbirlər keçirildi

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə tədbirlər keçirildi backend

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Publika.az-a verilən məlumata görə, bu çərçivədə, İsmayıllı Rayon Olimpiya İdman Kompleksində, Şəki rayonu, Aşağı Göynük kənd Xəstəxanasında, Şamaxı rayonu, Şəhriyar qəsəbə bələdiyyəsində, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranında, Zaqatala rayonu, Əliabad kənd xəstəxanasında, Zaqatala şəhəri, Ş.Qurbanov, 3 ünvanında yerləşən “Bazarstore” MMC-yə məxsus ticarət mərkəzində, İsmayıllı şəhəri, Nəriman Nərimanov və Elnur Səmədov küçələrinin kəsişməsində yerləşən ticarət obyektlərində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən şadlıq evində, Qəbələ şəhəri, 28 May küçəsində yerləşən Uşaq Reabilitasiya Mərkəzində, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində, “Şahdağ” Milli Parkının İsmayıllı və Qəbələ-Oğuz bölmələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Eləcə də mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Şəki şəhəri, 20 yanvar və Oğuz şəhəri, Şəhriyar küçələrində, Qax rayonu, İlisu kəndində, Şamaxı rayonu, Bakı-Qazax magistral yolunun kənarında quru ot, kol-kos və məişət tullantılarının təmizlənməsi işi təşkil edilib. Ağdaş rayonu, Qoşaqovaq, Balakən rayonu, Tülü və Şəki rayonu, Biləci kəndlərində isə həyətyanı sahələrdə ot tayalarının yığılması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi vətəndaşların diqqətinə çatdırılıb.

Bundan başqa, Ağsu rayonu, Nəvahi kəndində yüksək gərginlikli elektrik xəttinin altında, Zaqatala rayonu, Əliabad qəsəbəsininin və Şamaxı rayonu, Qaleybuğurd kəndinin ərazisində isə meşə sahələrində yanğından mühafizə məqsədilə şumlama işləri təşkil olunub.

 

 

Diaspora