Ötən ay cəbhədə 20 erməni hərbçi öldürülüb

Ötən ay cəbhədə 20 erməni hərbçi öldürülüb backend

Bu ilin sentyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 828 dəfə pozub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.

Sentyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhəninAğdam istiqaməti gəlir. Bu istiqamətində atəşkəsin 229 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə (171 dəfə) Füzuli rayonu gəlir.

Qarabağ cəbhəsi üzrə sentyabrda Tərtər rayonu istiqamətində atəşkəs 83, Xocavənd rayonu istiqamətində 58, Cəbrayıl rayonu istiqamətində isə 51 dəfə pozulub.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 104, Tovuz istiqamətində 24, Gədəbəy rayonu istiqamətində 27, Qazax rayonu istiqamətində 59, Göygöl rayonu istiqamətində 15, Ağstafa rayonu istiqamətində isə 7 dəfə pozub.

Ötən ay erməni silahlı bölmələrinin diversiya qrupunun 2 üzvü, habelə, 18 hərbi qulluqçusu öldürülüb. Düşmənin çoxlu sayda yaralısı olub.
Diaspora