"44 günlük Zəfər döyüşlərinin qəhrəmanı, cənab Prezidentimiz tərəfindən 5 medalla təltif edilmiş qazi, dəfələrlə dünya və Avropa şempionu olan idmançı Azər Ağazadə ağır vəziyyətdə Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib".
Qaziler.az xəbər verir ki, məlumatı Qarabağ qazisi Rey Kərimoğlu feysbuk səhifəsində paylaşıb. O, vurğulayıb ki, Vətən müharibəsi qazisi döyüşlərdə travma alsa da əlillik dərəcəsi yoxdur:
" "YAŞAT" fondu xərcləri qarşılaya bilmir ki, əlillik dərəcəsi yoxdu. Qazinin ailəsinin isə maddi imkanı yoxdur. Bu günə qədər 4 min manat yaxınları, dostları, ailə özü xərc çəkib, depozit qoyublar bu xəstəxanaya. Xahiş edirik, Mərkəzi Klinik Xəstaxananın rəhbərliyinə çatdırın, bu qazimizə pulsuz xidmət göstərsin!".
QAZİLER.AZ