Tərtər rayonunda işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkanın açılışında çıxış edənlər əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, hər il rayonda əmək yarmarkasının təşkil olunması iş tapmaqda çətinlik çəkən sakinlərin iş yerləri ilə təmin edilməsinə müsbət təsir göstərir.
Əmək yarmarkasında 17 idarə, müəssisə və təşkilat tərəfindən 228 boş iş yeri təqdim olunub. Yarmarkada iştirak edən 200-dən artıq işaxtaran vətəndaşdan 52 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.