Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov təmsil etdiyi Şabran və Siyəzən rayonlarında birinci sinifə gedən uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim edib.
Bu barədə deputat “Feysbuk” səhifəsində məlumat paylaşıb.
S.Qurbanovun qeydlərini təqdim edirik: “Hər kəsə məlumdur ki, müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Uşaqları sevindirmək müqəddəs bir işdir.
Bu gün Şabran və Siyəzən rayonları üzrə birinci sinifə gedən uşaqlara “İnci” şirkətlər qrupunun dəstəyi ilə ümumilikdə 120 dərs çantası və məktəb ləvazımatları hədiyyə etdik. Onları təbrik edərək, yeni tədris ilinin uğurlu olmasını arzu etdik.
Xatırladım ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".